30 aprel 2022 - 18:03
Zəngəzur mahalının Qafan şəhərinin ümumtəhsil məktəblərində fars dili tədris olunacaq.
Bu barədə şəhərin meri Gevorq Parsyan İranın Ermənistandakı səfiri Abbas Bədəşxan Zohuri ilə görüşündə bildirib.
İranın diplomatik missiyasının rəhbəri bir gün əvvəl islam respublikası ilə həmsərhəd Zəngəzur mahalına işgüzar səfər edib. Birgə layihələr müzakirə olunub. Məlum olduğu kimi, yaxın vaxtlarda Qafanda İran konsulluğu açılacaq. Bu kontekstdə fars dilinin tədrisi əməkdaşlığın qurulması istiqamətində mühüm addım kimi elan edilib.
Konsulluğa gəlincə, səfir bildirib ki, yaxın vaxtlarda diplomatik qurumun heyəti Ermənistan XİN-də olacaq.
Nəqliyyat layihələrindən danışan səfir İranın Şimal-Cənub dəhlizinin tikintisində maraqlı olduğunu açıqlayıb. Onun sözlərinə görə, bir neçə İran şirkəti tikintidə iştirak etməyə hazırdır.