30 aprel 2022 - 15:26
Ermənistanın paytaxtı İrəvanda yenidən ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Paşinyanın istefasını tələb etmək məqsədilə qeyri-adi üsula əl atıblar.
Belə ki, etirazçılar Respublika meydanına üzərinə Nikol Paşinyanın fotosu və 8.05.2018 tarixi yazılan toyuqlar buraxıblar. Belə ki, sözügedən tarixdə Paşinyan ölkənin Baş naziri seçilib.
Aksiya iştirakçılarının sözlərinə görə, toyuq qorxaqlıq simvolu olduğundan belə bir qərara gəliblər.
Polis meydana toyuqları gətirən fəalı saxlayıb.