Çapa göndər
Ukrayna ordusu Xarkovda daha bir yaşayış məntəqəsini azad etdi

29 aprel 2022 - 20:14

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Momotovo qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Məlumatı UNIAN yayıb.

Bildirilib ki, hazırda qəsəbə Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətindədir.

Momotovo daha əvvəl bildirildiyi kimi Kutuzovka ilə birlikdə azad edilib. Qəsəbə Xarkovdan 6 kilometr aralıda yerləşir.