Çapa göndər
İrəvanda erməni rektor "Artsax" bayrağına qadağa qoydu

28 aprel 2022 - 15:11

Bu gün İrəvanda tələbələr etiraz aksiyası keçiriblər. Aksiyanı "Şimal Universiteti" ərazisində davam etdirən gənclərin separatçı davranışları gərginliyə səbəb olub.

Universitetin rektoru tələbələrin qarşısını kəsərək onlara keçmiş qondarma rejim "Artsax"ın bayrağının təhsil ocağı ərazisində asılmasına icazə verməyib.

O qeyd edib ki, “Əgər məsələ bu bayrağın asılması ilə həll olunsaydı, "Artsax bayrağı" bütün Ermənistanda, ölkənin əksər hissəsinin eyvanlarından asılardı. Hazırda biz bunu əsaslı addım hesab etmirik”. O, tələbələrin “Ayıb olsun” şüarlarına isə belə cavab verib ki, kimsə bayraq qaldırmamağın xəyanət olduğunu sübut edə bilməz. "Fəaliyyətinizi başqa sahədə aparın, bura özəl qurumdur”,- rektor deyib".