Çapa göndər
Ukraynada daha bir azərbaycanlı həlak oldu

28 aprel 2022 - 11:24

Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətində Konstantinovka uğrunda gedən döyüşlərdə həlak olub.
Bu barədə Odessada yaşayan həmvətənimiz Anar Ağazadə məlumat yayıb.
O bildirib ki, Fuad Məmmədovun atası istefada olan hərbi həkimdir:
“Şəhidimiz, həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin”.
Anar Ağazadə Fuad Məmmədovun kiçik qardaşı Rasimin də hal-hazırda Ukraynada gedən doyüşlərdə iştirak etdiyini bildirib.