Çapa göndər
Baş nazir Əli Əsədov Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb

27 aprel 2022 - 22:22

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.