20 aprel 2022 - 16:43
Bu gün Polşada sovet əsgərlərinin şərəfinə qoyulan üç abidə söküləcək.
Bu barədə məlumatı Polşanın Milli Yaddaş İnstitutu yayıb.
Məlumata görə, Qırmızı Orduya həsr edilən abidənin sökülmə mərasimi Milli Yaddaş İnstitutunun prezidenti Karol Navroçkinin iştirakı ilə Sedlıçe şəhərində baş tutacaq.
Bununla yanaşı, daha iki heykəlin də söküləcəyi bildirilib.