Çapa göndər
Ordumuzun hərbçisi Kəlbəcərdə minaya düşdü

20 aprel 2022 - 15:08

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.

Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.

Xəsarət alan hərbçimiz hospitala yerləşdirilib.

Bildirilib ki, faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.