Çapa göndər
Gülağa Tənha : Prezident İlham Əliyevin uğurlu seçimi...

19 aprel 2022 - 10:27

Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra cərəyan edən proseslər onu göstərir ki, illər öncə gənc nəslin tərbiyəsi ilə bağlı Ümummillli Lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin davam etdirdiyi güclü dövlət-güclü vətəndaş strategiyası davam etdirilməli, gələcəyimizin təminatçısı olan gənclərimizin tərbiyəsi bütün istiqamətlərdə prioritet sayılmalıdır. Təsadüfi deyil ki, məhz bu strategiya əsasında, azərbaycançılıq ruhunda tərbiyə olunan gənclərimiz əldə etdiyimiz Zəfərdə müstəsna rol oynadılar, misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdilər. Cənab Prezident öz çıxışında qeyd etdi ki, gənclərimiz ənənəvi dəyərlərimiz əsasında tərbiyə almalıdırlar. “. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır”. Göründüyü kimi Prezident İlham Əliyev çox mühüm məqamlara diqqət çəkib. Bəzən “müasirlik” adı altında aparılan təbliğatın əsas hədəfi gəncləri ənənəvi dəyərlərdən – ailə, Vətən, dövlət, bayraq sevgisindən uzaq salmaqdan, onları öz xalqının, torpağının təəssübünü çəkməyən, manqurtlaşmış bir kütləyə çevirməkdən ibarət olur. Belə gənclik isə heç zaman öz torpağına, Vətəninə, dövlətinə, dilinə, bayrağına sahiblənə bilməz. Məhz bu baxımdan da, Azərbaycan Prezidenti qeyd edir ki, gənclər savadlı, bilikli və eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalı, milli dəyərlərimizi dərk etməli, onları yaşatmalıdırlar
Prezident İlham Əliyevin Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən səsləndirdiyi fikirlərə və tövsiyyələrə diqqət çəkərək, bildirmək istərdim ki, onları bir ivətənpərvər iş adamı kimi, dəstəkləyirəm. Əminəm ki, cənab prezidentin bu seçımı tezliklə uğurlu nəticələrinin şahidi olacayıq.