Çapa göndər
Şəhidlər Bulağında təmir işlərinə start verilib

18 aprel 2022 - 11:16

Şəhidlər Bulağında təmir işlərinə start verilib

 

Masallı rayonunun Ərkivan qəsəbəsində vaxtilə tanınmış iş adamı və şair-publisist Gülağa Tənha tərəfindən yaradılmış Şəhidlər Bulağında təmir işlərinə start verilib.Uzun müddət baxımsızlıq üzündən suyu qurumuş bu bulağa ikinci həyat veriləcək. Qeyd edək ki, bu abidə 2003-cü ildə Gülağa Tənha tərəfindən Ərkivan qəsəbəsindən olan Birinci Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmışdir.

Qeyd etmək istəyirik ki, bir neçə gün bundan əvvəl, eyni zamanda Gülağa Tənha tərəfindən tikilmiş Mərasim evində də geniş təmir işləri başlanılıb.Bu barədə növbəti xəbərimizdə ətraflı məlumat verəcəyik.

Təqdim etdiyimiz fotolarda Şəhidlər Bulağınin hal-hazırda olan vəziyyəti əks olunub. Növbəti reportajımız təmirdən sonra izləyicilərimizə təqdim olunacaq.