14 aprel 2022 - 22:04
Prezident İlham Əliyev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qanunda deyilir:
“Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilmiş 2021-ci il 11 noyabr tarixli iclasında imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol” təsdiq edilsin”.