Çapa göndər
İlham Əliyev Putinlə telefonla danışdı

09 aprel 2022 - 18:13

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Dövlət başçıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərin başlanmasını müzakirə ediblər.

Prezident İlham Əliyev və Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparıblar.