Çapa göndər
Prezident və Birinci xanım Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərdi

09 aprel 2022 - 16:48

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.

Əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.