Çapa göndər
Rusiyada mədən çökdü: İşçilər mədəndə qaldı

08 aprel 2022 - 12:28

Rusiyanın Kemerovo vilayətinin Kuzbas şəhərində yerləşən "Taldinskaya-Zapadnaya" mədəni çöküb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Hadisə zamanı mədəndə 190-dan çox işçi olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin Kemerovodakı Baş İdarəsinin xilasetmə qrupları hadisə yerindədir.