Çapa göndər
Ukraynada Stalin və Leninin portretlərini sökdülər

07 aprel 2022 - 19:32

Ukraynanın Çerniqov vilayətinin Novqorod-Siverski şəhərində Vladimir Lenin və İosif Stalinin portretləri şəhərin mərkəzində yerləşən su qülləsindən sökülüb.

Bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

Onun sözlərinə görə, Rusiya sərhədindən 50 km aralıda yerləşən Novqorod-Siverski nəhayət ki, kommunist simvollarından təmizlənib.