Çapa göndər
Avropa Parlementi Rusiya neftindən və qazından imtina etdi

07 aprel 2022 - 17:45

Avropa Parlamenti Rusiya nefti, qazı, kömürü və nüvə yanacağına sanksiya qoyulması ilə bağlı qətnaməni qəbul edib.

Qətnamədə Avropa İttifaqı rəhbərliyindən qərarı təsdiqləməyə çağırış yer alıb.

Parlamentin 552 deputatından 413-ü qətnamənin lehinə, 93-ü əleyhinə səs verib, daha 46 deputat isə bitərəf qalıb.