Çapa göndər
İranda Xameneinin bannerini yandırdılar

06 aprel 2022 - 11:21

İranda ayətullahların heykəl və posterlərinin yandırılması prosesləri davam edir.

Bu dəfə Qumun “Cümhuriyyət” bulvarında yerləşən İranın ali rəhbəri Əli Xameneinin böyük banneri yandırılıb.

Qeyd edək ki, ötən günlərdə İslam Cümhuriyyətinin qurucusu Ayətullah Ruhullah Xameneinin və digər bir ayətullahın heykəli Qumun “Mərcəiyyət” meydanında xalq tərəfindən yandırılmışdı.