Çapa göndər
Ukrayna daha bir yaşayış məntəqəsini işğaldan azad etdi

02 aprel 2022 - 13:16

Ukrayna ordusunun bölmələri Kiyev əyalətinin Borodyanka qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Hələlik hərbi əməliyyatın təfərrüatları açıqlanmır.

Bununla bağlı yayılan görüntülərdə yerli müdafiəçilərin Rusiya hərbçiləri tərəfindən yandırılan Borodyankadakı polis idarəsi fonunda Ukrayna bayrağı ilə yer alıblar.