01 aprel 2022 - 17:27
"Hazırda işğaldan azad edilmiş ərazllərdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək".
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək:
"Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır".