30 mart 2022 - 11:44
Rusiyanın Belqorod vilayətində müvəqqəti hərbi düşərgənin ərazisində mərmi partlayıb, 4 hərbçi yaralanıb.
Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib. "Mərmi Belqorod vilayətindəki müvəqqəti hərbi düşərgənin ərazisinə düşüb. Dörd hərbçi yaralanıb", - deyə mənbə bildirib.
İlkin məlumatlara görə, atəş Ukrayna tərəfdən həyata keçirilib.