29 mart 2022 - 21:15
Rusiya hərbçiləri Ukraynanın Qola Pristan şəhərinin merini oğurlayıblar.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, silahla təhdid edilən mer hərbçilər tərəfindən girov götürülüb.
Ukraynanın hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmalara başlayıb.