Çapa göndər
Ukraynalı jurnalist ruslar tərəfindən əsir götürüldü

29 mart 2022 - 13:08

Kiyev yaxınlığında rus hərbçiləri daha bir jurnalisti, UNIAN-ın müxbiri Dmitri Xilyuku əsir götürüblər.

Bu barədə tanınmış ukraynalı jurnalist Dmitri Qordon öz Telegram kanalında yazıb.

“Məlumatı Dmitrinin hələ də onunla əlaqə saxlaya bilməyən həmkarları və rus hərbçilərinin jurnalisti saxladığını görən qonşuları təsdiqləyib. Son məlumata görə, Dmitri Xilyuku Kiyev vilayətinin Dımerı kəndində yerləşən müəssisələrin birinin binasında saxlayırlar”, – Qordon yazır.