Çapa göndər
Daha iki yüksək rütbəli rus zabiti Ukraynada məhv edilib

29 mart 2022 - 11:01

Martın 28-də Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli hərbçisi Ukrayna ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.

Belə ki, 58-ci birləşmiş silahlı ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı alayının komandiri və qərargah rəisi öldürülüb.