28 mart 2022 - 18:53
Ukraynanın paytaxtı Kiyevin ətrafındakı İrpen şəhəri Rusiya qüvvələrindən tam azad olunub.
Bu barədə şəhərin meri Oleksandr Markuşın teleqramda məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə Rusiya qüvvələrinin qalıqlarından təmizlənməsi işləri gedir: “Hazırda İrpenə qayıtmaq təhlükəlidir. Ukraynanın müdafiəçiləri yeni mövqelərdə möhkəmlənirlər”.