Çapa göndər
Mağazadan "E-manat" aparatını oğurladılar

28 mart 2022 - 11:44

Azərbaycanda mağazaya basqın olub.

Hadisə Göyçay rayonunda qeydə alınıb. Mağazaya daxil olan maskalılar orada olan "E-manat" aparatını söküb aparıblar. İlkin məlumata görə, aparatın içərisində 50 min manata yaxın pul olub.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.