Çapa göndər
Ukraynanın danışıqlarda Rusiyadan tələbləri

26 mart 2022 - 20:53

Ukrayna ilə Rusiya arasında danışıqların əsas elementlərindən biri dövlətimiz üçün aydın və etibarlı təhlükəsizlik təminatları sisteminin yaradılması məsələsidir.

Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

"Ukrayna təhlükəsizlik təminatı sistemində israr edir. Bunlardan biri də hərbi mənada təminatdır. Bundan çox şey asılıdır", - Podolyak Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir təminat sistemi ilk növbədə ABŞ tərəfindən olmadan heç bir şey mümkün deyil. Podolyak Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlarda müəyyən irəliləyişin olduğunu qeyd edib, lakin Ukrayna tərəfi yalnız bu cür irəliləyiş gözləmir.

Prezident Aparatı rəhbərinin müşaviri vurğulayıb ki, Ukrayna situasiya uğurlarını qlobal təhlükəsizlik alətləri ilə mübadilə etməyəcək. O, həmçinin əmindir ki, Moskva Ukraynaya qarşı müharibədə hansı itkilərə məruz qalacağını anlasa, danışıqlar öz nəticəsini verəcək.

"Bunun üçün isə partnyorlarımızın bizə lazımi şəkildə kömək etməsinə ehtiyacımız var. Əgər uçuşa qadağan zona yaratmaq istəmirsinizsə, bizə hava hücumundan müdafiə sistemləri verin ki, səmanı bağlayaq, dinc şəhərlərimiz bombalanmasın.

İkincisi, Mariupol kimi şəhərlərin mühasirəsini açmaq üçün bizə silah verin. Üçüncüsü, neft embarqosu kimi sanksiyalar, maliyyə əməliyyatlarına maksimum məhdudiyyətlər və s. lazımdır", - Podolyak vurğulayıb.

Siyasətçi onu da qeyd edib ki, ərazi bütövlüyü məsələsi Ukrayna dövləti üçün son dərəcə vacibdir.