Çapa göndər
Ruslar sərnişin qatarını atəşə tutdular

26 mart 2022 - 17:29

Ukraynada sərnişin qatarı ruslar tərəfindən atəşə tutulub. 

Hadisə Kiyev yaxınlığındakı Tarasovka stansiyasında baş verib. Bildirilir ki, rus hərbçilərinin açdığı atəş nəticəsində sərnişinlərdən biri yaralanıb. 

Qeyd edək ki, Ukraynada müharibə başlayandan xeyli sayda dinc sakin qəlpə və güllə yarasından həlak olub.