26 mart 2022 - 11:27
Rusiya Gürcüstan ərazisindəki ordusunu Ukraynaya göndərir.
Bu barədə CNN məlumat yayıb.
“İndi əlimizdə sübutlar var ki, onlar Gürcüstandan Ukraynaya qoşun yeridirlər”, - mənbə bildirib.
Qoşunların və texnikanın sayı barədə məlumat verilməyib.
Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyünə müdaxiləsindən sonra Abxaziya və Cənubi Osetiya regionunda qoşun saxlayır.