Çapa göndər
Ruslar yardım gözləyən ukraynalıları öldürdülər

24 mart 2022 - 21:38

Rusiya qoşunlarının Xarkovda ticarət mərkəzinin dayanacağına endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər ölüb.

Bu barədə vilayət qubernatoru Oleq Siniyequbov məlumat verib.

Onun sözlərinə görə, raket hücumu zamanı daha 15 nəfər yaralanıb.

Şəhər rəhbəri əlavə edib ki, həlak olan insanlar humanitar yardım almaq üçün ticarət mərkəzindəki poçt şöbəsinin qarşısında gözləyirmişlər.