Çapa göndər
Goranboyda kişi əvvəlcə arvadını avtomobillə vurdu, sonra bıçaqladı

24 mart 2022 - 16:32

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb.

Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra isə onu bıçaqlayıb. Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.