24 mart 2022 - 13:27
Berdyansk yaxınlığındakı limanda məhv edilən düşmən gəmisi 20-yə qədər tank daşıya bilirdi.
Bu barədə müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
"Berdyanskda məhv edilmiş gəmi 20-yə qədər tank, 45 zirehli transportyor və 400 desant daşıya bilərdi. Bu, hərbçilərimizin vurduğu böyük hədəfdir", - o deyib.
Qeyd edək ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Berdyansk limanı yaxınlığında Rusiyaya məxsus “Orsk” adlı iri desant gəmisinin məhv edildiyi barədə məlumat yayıb.
Gəminin partlayışlarla yandığını əks etdirən video da yayılıb.
Digər məlumata görə, həmin gəminin komandiri Sergey Skvortsov 2020-ci ildə “Krımın qaytarılmasına görə” medalı ilə təltif olunubmuş.