Çapa göndər
Türkiyə "AVRO 2028"ə ev sahibliyi edə bilər

24 mart 2022 - 11:24

Türkiyə Futbol Federasiyası (TFF) 2028-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin ölkədə təşkili üçün UEFA-ya rəsmi namizədlik müraciətinin edildiyini açıqlayıb.

Artıq Rusiya və Böyük Britaniya da analoji təkliflə çıxış edib.

UEFA "AVRO-2028"in keçirilməsi ilə bağlı qarşıdakı dövrdə namizəd ölkələrin təkliflərini qiymətləndirdikdən sonra qərar verəcək.