23 mart 2022 - 16:15
Ukrayna Milli Polisi Kiyev vilayətinin İrpin şəhərində fəaliyyətini bərpa edib. Xüsusi təyinatlılar şəhəri rus diversiya qruplarından təmizləyir.
Bu barədə Milli Polisin rəhbəri İqor Klimenko feysbuk səhifəsində məlumat verib.
"Kiyev vilayətindəki bu çox əziyyət çəkən şəhərin ərazisindəki xüsusi polis alayının əsgərləri öz polis funksiyalarını yerinə yetirməyə hazırdırlar", - məlumatda deyilir.
Klimenkonun sözlərinə görə, şəhər diversantlardan təmizlənir, lakin əsas vəzifə hələ də İrpində qalan sakinlərə kömək etmək və onları təxliyə etməkdir.
“Xüsusi təyinatlılar Ukrayna hərbi birləşmələri ilə sıx əməkdaşlıq edir və şəhərdə yerli hakimiyyət orqanlarının işini bərpa etməyə kömək edir”, - Milli Polisin rəhbəri bildirib.
Eyni zamanda o, rus işğalçılarının İrpini atəşə tutduqlarına diqqət çəkib.