Çapa göndər
Düyna birjalarında neftin qiyməti

22 oktyabr 2018 - 09:16

Dünya birjalarında neftin qiyməti qalxıb.

Bİ.az xəbər verir ki, hazırda  Nyu-Yorkun “NYMEX” əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelə görə qiyməti 0,26 dollar və ya 0,38% bahalaşaraq  69,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,3 dollar və ya 0,38% bahalaşaraq 80,08 dollara çatıb.