Çapa göndər
Füzulidə mina partlayıb- Xəsarət alan var

23 mart 2022 - 13:51

Füzulidə mülki şəxs minaya düşüb.

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.

Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.