Çapa göndər
Rusiya ordusunun briqada komandiri Ukraynada məhv edildi

23 mart 2022 - 11:15

Mariupol yaxınlığında ukraynalı əsgərlər Rusiya ordusunun 810-cu dəniz piyada briqadasının komandiri, polkovnik Aleksey Şarovu məhv ediblər.

Bunu ukraynalı zabit Anatoli Ştefan tviterdə yazıb.

“810-cu dəniz piyada briqadasının komandiri, polkovnik Aleksey Şarov (Mariupolda) “təlimlərdə” azıb, amma indi evə düzgün şəkildə qayıdacaq”, - deyə A.Stefan qeyd edib.