Çapa göndər
Ukraynada ölən uşaqların sayı 117-ə çatdı

22 mart 2022 - 20:41

Ukraynada müharibə başlayandan bu yana 117 uşağın həyatını itirdiyi, 155 uşağın yaralandığı bildirilib.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Azyaşlıların ən çox Kiyev, Xarkov və Çerniqovdakı bombardmanlarda zərər çəkdiyi qeyd edilib.