22 mart 2022 - 20:33
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Ordu Muzeyini ziyarət edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Ordu Muzeyinin fəxri qonaqlar kitabına xatirə sözlərini yazıb.