22 mart 2022 - 13:48
128-ci əlahiddə dağ-hücum briqadasının hərbçiləri Rusiya ordusunun polkovnik-leytenantını əsir götürüblər.
Bu barədə 128-ci briqadanın hərbçisi Yaroslav Qalas Feysbuk səhifəsində yazıb.
“128-ci əlahiddə dağ-hücum briqadası döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin 58-ci ordusunun bölmələrinin polkovnik-leytenantı Aleksandr Oleqoviç Koşeli əsir götürüb”, - Qalas bildirib.