Çapa göndər
Rusiya və Ukrayna arasında əsirlər dəyişdirildi

22 mart 2022 - 10:45

Rusiya və Ukrayna arasında müharibədə əsir düşən hərbçilərin mübadiləsi baş tutub.

Bu barədə Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova məlumat yayıb.

Onun sözlərinə görə, mübadilə zamanı doqquz hərbçi dəyişdirilib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb. Ukrayna 500-ə yaxın rusiyalı hərbi qulluqçunun əsir götürüldüyünü açıqlayıb.