Çapa göndər
Uşaq bağçasında gizlənən ruslar məhv edildi

21 mart 2022 - 19:39

Ukrayna Silahlı qüvvələrinin hərbçiləri Nikolayev vilayətində Rusiya ordusu tərəfindən işğal edilən kəndi geri qaytarıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

O, ərazidə düşmənə məxsus canlı qüvvə və texnikanın da məhv edildiyini bildirib.

Geraşenkoun sözlərinə görə, ukraynalı hərbçilərin gəldiyi görən “düşmən”  uşaq bağçasında gizlənməyə çalışıb.