Çapa göndər
​​​​​​​Rus ordusu Kiyevdə mülki əhalini atəşə tutdu

19 mart 2022 - 17:20

Kiyev vilayətində Makarov kəndinə minaatanların endirilməsi nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır", - məlumatda deyilir.

Bildirilir ki, atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib.