Çapa göndər
Həqiqi hərbi xidmətə çağırış üzrə Komissiyanın yeni tərkibi formalaşdırıldı - QƏRAR

19 mart 2022 - 16:56

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Komissiya sədrinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin
müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
rəisinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti
sədrinin müavini.”.