Çapa göndər
İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib

19 mart 2022 - 14:58

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə Tunis Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm".