Çapa göndər
Rusiya ordusu Xarkovda bazar meydanını bombaladı

17 mart 2022 - 14:24

Rusiya qüvvələri Ukraynada mülki əhalinin cəmləşdiyi bölgələri vurmağa davam edir. 

Ukrayna Fövqəladə Hallar Qruplarının yaydığı məlumata görə (DSNS) Xarkovda bazar ərazisi bombalanıb. Hadisə nəticəsində bombaların vurduğu bazardakı mağazalarda yanğın başlayıb.  

"Xarkovda bazar meydanın bombalanması nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfərin isə yaralanıb", - məlumatda qeyd olunub. 

Bildirilir ki, bombaların vurduğu bazarda təxminən 3 min 600 kvadratmetrlik dükanlar  tamamilə məhv edilib.