Çapa göndər
Bu gündən Rusiyanın Avropa Şurasında üzvlüyü dayandırılır

16 mart 2022 - 17:32

Bu gündən etibarən Rusiyanın Avropa Şurasında fəaliyyəti dayandırılır.

Bu barədə Avropa Şurasının Kommunikasiya Departamentinin yaydığı məlumatda bildirilib.

“Avropa Şurasının Nazirlər Komitəsi bu gün səhər keçirilən növbədənkənar iclasında Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının bu gündən etibarən Avropa Şurasının üzvlüyünü dayandırması barədə qərar qəbul edib”, - qeyd olunub.