Çapa göndər
Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edildi

16 mart 2022 - 14:45

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.

Dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.