Çapa göndər
Hökumət: "Dağıstana toplaşan Azərbaycan vətəndaşları ilə bağlı məsələ diqqətdədir"

15 mart 2022 - 18:38

“Dağıstana toplaşan Azərbaycan vətəndaşları ilə bağlı məsələ diqqət mərkəzimizdədir”.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Ancaq bu məsələ ilə bağlı hələ ki heç nə deyə bilmərəm”, - Baş nazir vurğulayıb.