15 mart 2022 - 16:12
Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi 14 mart tarixində Moldovanın Kişineu şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Həlak olan vətəndaşların cəsədləri Azərbaycan hava yollarının İstanbul-Bakı reysi ilə vətənə gətiriləcək və yaxınlarına təhvil veriləcək.