Çapa göndər
Mariupolda dağıntılar altından çıxarılan hamilə qadın körpəsi ilə birgə öldü

14 mart 2022 - 12:40

Martın 9-u Ukraynanın Mariupol şəhərində doğum evi və uşaq xəstəxanasının Rusiya tərəfindən aviazərbəyə məruz qalması nəticəsində 17 nəfər yaralanıb.

Zərbə zamanı yaralanan hamilə qadınlardan biri həlak olub. Ananın bətnində olan körpə də sağ qalmayıb.

"Amerikanın səsi"nin jurnalisti Asya Dolinanın sözlərinə görə, həmin qadın hücumdan sonra xərəkdə daşınarkən çəkilən fotosu ilə dünyanın gündəminə gəlmişdi.